Messinin "El Klasiko"da qaçmaqla arası yoxdur
Bizi izləyin

İdman

Messinin "El Klasiko"da qaçmaqla arası yoxdur

İspaniya çempionatının 34-cü turu "El Klasiko" ilə əlamətdar olacaq.

İspaniya çempionatının 34-cü turu "El Klasiko" ilə əlamətdar olacaq. Oyundan öncə "Marka" nəşri maraqlı statistika hazırlayıb.

Publika.az goal.az-a istinadən xəbər verir ki, statistikaya görə bu oyunlarda ən az qaçan meydan futbolçusu Lionel Messidir. O, "El Klasiko"da orta hesabla 7901 metr məsafə qət edir. Bu göstəricidə argentinalı ulduz yalnız komanda yoldaşı Mark-Andre ter Şteqen (4394 metr) və rəqib qapıçı Kiko Kasilyanı (4193 metr) qabaqlayır.

Ən çox qaçan futbolçular Andre Qomeş (11865 metr) və Lukas Vaskesdir (12825 metr). Ronaldonun orta göstəricisi 9353, Luis Suarezin isə 9190 metr təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm