Ulduz futbolçu Fransadan imtina etdi
Bizi izləyin

İdman

Ulduz futbolçu Fransadan imtina etdi

Ulduz futbolçu Fransadan imtina etdi

“Mançester Siti”nin fransız futbolçusu Samir Nəsri Fransa yığmasından imtina edib.

Publika.az xəbər verir ki, Nəsri artıq ikinci dəfə dünya çempionatına çağırılmadığını yada salaraq,bir daha Fransa millisinin formasını geyməyəcəyini deyib:

“Didye Deşamın məni milliyə çağırmayacağını təxmin edirdim. Buna görə də, özümü ən pis xəbərə hazırlamışdım”.

Samirin milliyə çağırılmaması Fransa millisinin keçmiş futbolçusu Patrik Vyeranı da özündən çıxarıb. “Mançester Sitin”nin əvəzedici komandasına cavabdeh olan Vyera Nəsrinin bu mövsüm sərgilədiyi futbolla Braziliyaya getməyi haqq etdiyini bildirib.

Fransa millisinin baş məşqçisi Deşam isə Nəsrini komandada gərginlik yaradacağına görə milliyə çağırmadığını iddia edib: “Komandasında ilk “11-lik”də meydana çıxdığı üçün məndən də bunu tələb edəcəkdi. Amma onun oyun forması yetərli deyil. Əvəzedici heyətdə qalmaqdan şikayət edəcək bir oyunçunu komandada görmək istəmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm