Qalmaqal - Xanım satıcı ulduz futbolçunu donuz adlandırdı
Bizi izləyin

İdman

Qalmaqal - Xanım satıcı ulduz futbolçunu donuz adlandırdı

Qalmaqal - Xanım satıcı ulduz futbolçunu donuz adlandırdı

“Çelsi”nin kapitanı Con Terri xoşagəlməz olayla üzləşib.

Ulduz futbolçu həyat yoldaşı ilə mağazaya baş çəkərkən təhqirə məruz qalıb. Publika.az xəbər verir ki, satıcılarla salamlaşan Terrini Eleyşa Rem adlı satıcı yanındakı həmkarına göstərərək “Gündəlik həyatda yaxşı görünsə də, o, donuzdur” deyib.

Satıcının sözlərini eşidən futbolçunun həyat yoldaşı bundan qəzəblənib. Elə Terri özü də məsələni aydınlaşdırmağa cəhd edib. Satıcı mağazanın başqa bölməsində gizlənməyə cəhd etsə də, Terri onu tapıb və izahat tələb edib. Eleyşa Rem hadisəni belə nəql edib:

“O, yaxınlaşıb soruşdu ki, nəyə görə mənə həyat yoldaşımın yanında donuz deyirsən. Mən isə “siz Allah, bağışlayın” dedim. Ancaq sonra özümü saxlaya bilməyərək ona “siz iyrəncsiz” dedim”.

23 yaşlı satıcı bildirib ki, Terriyə komanda yoldaşı Ueyn Bridjin həyat yoldaşını yoldan çıxartdığına görə donuz deyib.

Terri mağazanın sahibinə müraciət etdikdən sonra satıcı müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm