Gürcüstanda "Qarabağ"ın azarkeşlərinə FİZİKİ TƏZYİQ - BAYRAĞIMIZI QAÇIRDILAR
Bizi izləyin

İdman

Gürcüstanda "Qarabağ"ın azarkeşlərinə FİZİKİ TƏZYİQ - BAYRAĞIMIZI QAÇIRDILAR

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda "Samtredia"nın qonağı olacaq "Qarabağ" komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

"Report"un məlumatına görə, xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına "Dinamo" stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını "Qarabağ" fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç bu gün saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm