İdman
Qriqorçuk: "Panatinaikos" Avropada tanınan brenddir"
"Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Polşada "Yagelloniya"nı 2:0 hesabı ilə yendikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Ukraynalı mütəxəssis daha yaxşı oynamağa qadir olduqlarını bildirib:
"Çətinlik ondadır ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub. Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensial var".
Qriqorçuk Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan "Panatinaikos"u barədə də danışıb. O, yenilənmiş komanda ilə üz-üzə gələcəklərini söyləyib:
"İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bu, Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq”.
"Yagelloniya" ilə ev oyununda 1:1 hesablı heç-heçə edən "Qəbələ" səfər qələbəsi sayəsində (2:0) mərhələ adlayıb.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR