Dünya çempionumuz gürcü idmançılara dərs keçəcək - FOTO
Bizi izləyin

İdman

Dünya çempionumuz gürcü idmançılara dərs keçəcək - FOTO

Dünya çempionumuz gürcü idmançılara dərs keçəcək - FOTO

Gürcüstanda karate üzrə master-klass seminarı baş tutacaq. Azərbaycandan bir neçə idmançı həmin seminara dəvətlidir. Seminara dəvət olunanlar içərisində Karate üzrə dünya çempionu Şahin Atamov da var. O “Komanda kumite” növü üzrə seminar keçəcək. İdmançı seminarla bağlı Publika.az-a danışdı:

“Seminar üçün ayın 23-ü məni Gürcüstana dəvət ediblər. Dərs keçəcəm. Həmçinin ayın 25-i yarış olacaq. Ora Bakıdan bir çox idmançılar yarışmaq üçün gedəcək”.

Bundan sonra Kosovada “Top 10-luq” olacaq. Dünyanın 10 yaxşı idmançıları həmin məkana toplaşacaq. “10-luq”da olan idmançılardan biri də Şahin Atamovdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm