İdman
Azərbaycan boksçusu dünya çempionatının finalına yüksəldi
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib.
Publika.az Apasport.az saytının istinadla bildirir ki, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.
+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Məcidov sabah baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək.
Qeyd edək ki, yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...