İdman
"Ən yaxşı"lar dünyanın ən bahalı selfisini çəkdirdilər - FOTOLAR
Beynəlxalq Futbol Federasiyası 2017-ci ilin ilin ən yaxşılarını təqdim edib.
Publika.az xəbər verir ki, təqdimat mərasimi İngiltərənin paytaxtı Londonda keçirilib.
Milli komandaların baş məşqçiləri və kapitanları, həmçinin media nümayəndələrindən seçilmiş bir qrup arasında səsvermə aparılıb. Səsvermə nəticəsində “ilin ən yaxşı kişi futbolçusu” nominasiyasına “Real Madrid” klubunun əfsanəsi Kristianio Ronaldo layiq görülüb.
Beləliklə, K.Ronaldo “Barselona”nın ulduzu Lionel Messi və “PSJ”nin yeni transferi Neymarı geridə qoyaraq iki il üst-üstə bu nominasiyada qalib gəlib.
“İlin ən yaxşı qadın futbolçusu” isə “Barselona” forması geyinən hollandiyalı Like Martens olub.
“İlin qapıçısı” mükafatını “Yuventus” klubunun italiyalı qalkipperi Qianluqi Buffon alıb.
FİFA-nın seçdiyi ən yaxşı onluq isə belədir:
Qapıçı: Q.Buffon (İtaliya)
Müdafiə: Leonardo Bonuççi (İtaliya), Deni Alves, Marselo (Braziliya), Serjio Ramos (İspaniya)
Mərkəz: Andres İniesta (İspaniya), Luka Modriç (Xorvatiya), Toni Kruz (Almaniya)
Forvard: Lionel Messi (Argentina), Kristiano Ronaldo (Portuqaliya), Neymar (Braziliya)
Ötən mövsüm UEFA Çempionlar Liqası və İspaniya Birinci Futbol Liqasında “Real” klubunu çempionluğa aparan fransalı Zinəddin Zidan Massimilyani Alleqri (Yuventus) və Antonio Konteni (Çelsi) qabaqlayaraq “ilin ən yaxşı baş məşqçisi” seçilib.
“İlin ən yaxşı qolu”na verilən mükafatı isə “Arsenal” forması geyinən fransalı futbolçu Olivier Qiroud qazanıb.
FİFA “azarkeşlər mükafatı”na isə “Seltik” azarkeşləri layiq görülüb.
Tədbirin sonunda dünyanən ən bahalı furbolçuları birlikdə foto çəkdirib.
Zümrüd
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"