Teymur Rəcəbov liderlər qrupunda
Bizi izləyin

İdman

Teymur Rəcəbov liderlər qrupunda

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb.

Publika.az report-a istinadən xəbər verir ki, T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.

T.Rəcəbov bundan əvvəlki iki oyununda rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə etdiyi halda, ispan Fransisko Valyexo üzərində qələbə qazana bilib.

Üç turdan sonra Teymur Rəcəbov, Pyotr Svidler (İsrail), Vaşye-Laqrav (Fransa), Aniş Qiri (Niderland) və Levon Aronyan (Ermənistan) hərəyə 2 xal toplayaraq liderlər qrupunda qərarlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm