İdman
“Bakcell”in dəstəyilə futzal turniri keçirildi - - FOTO
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi və Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Bakıda futzal üzrə payız turniri keçirilir.
22-25 noyabr tarixlərində Bakıda baş tutan turnirdə “Zirvə”, “Şimşək”, “Ümid”, “Azəri” və “Bakı” komandaları iştirak edir.
Turnirin sonunda qalib komanda və II, III yerləri tutan komandalar kuboklar, medallar və diplomlarla təltif olunacaqlar. Həmçinin, turnirlərdə fərqlənən “ən yaxşı oyunçu”, “ən yaxşı qapıçı” və “ən məhsuldar oyunçu”ya Bakcell tərəfindən hədiyyələr təqdim ediləcək.
Bakcell 2007-ci ildən başlayaraq Federasiyasının futzal üzrə yaz, payız və 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş turnirlərinə dəstək göstərir.
Bu turnirlərə ümumilikdə 48-60 nəfər əlil futbolçu cəlb edilir. “Bakcell”in sponsorluğu ilə ildə iki və ya üç dəfə keçirilən turnirlərdə iştirak edən komandaların hər bir üzvü idman geyimləri və ləvazimatlarla təmin olunur.
Bakcell şirkətinin dəstəyi ilə keçirilən respublikadaxili turnirlər zamanı Azərbaycan Əlillər Futbolu Federasiyası eşitməqüsurlu insanlardan ibarət milli yığma komanda üçünseleksiya işləri də aparır. Oyunlar zamanı fərqlənən gənc futbolçular milli komandaya dəvət olunur və beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan Əlillər Futbolu Federasiyası 2006-cı ildən bəri paytaxtda fəaliyyət göstərən eşitməqüsurlu əlil uşaqlar üçün 3 xüsusi internat məktəbinin şagirdləri və məzunlarından ibarət 2 yaş qrupu üzrə komandalar toplayıb və intensiv məşqlərə başlayıb. 2006-cı ilin oktyabr ayında 4 komandanın iştirakı ilə ənənəvi futzal turnirlərinin əsası qoyulub.
Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət strategiyası vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləyir.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?