İdman
ÇL, 6-cı tur: 8 oyuna 33 qol - BÜTÜN İCMALLAR
Çempionlar Liqasında qrup mərhələsinin son turunun ikinci oyun günü məhsuldarlığı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, 8 oyunda qapılara 33 qol vurulub.
Bu görüşlərdən sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanan son 4 vəsiqənin sahibi müəyyənləşib. Bunlar İngiltərə "Liverpul"u, İspaniya "Sevilya"sı, Ukrayna "Şaxtyor"u və Portuqaliya "Portu"sudur. Daha əvvəl İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem" və "Çelsi", İtaliyanın "Roma" və "Yuventus", İspaniyanın "Real Madrid" və "Barselona", Türkiyənin "Beşiktaş", İsveçrənin "Bazel", Fransanın PSJ, Almaniyanın "Bavariya" komandaları da adını 1/8 finala yazdırıb.
Öz qruplarında 3-cü yeri tutan Rusiya "Spartak"ı, İtaliya "Napoli"si, Almaniyanın "Leyptsiq" və "Borussiya" (Dortmund) klubları Rusiyanın MOİK, Şotlandiyanın "Seltik", İspaniyanın "Atletiko" və Portuqaliyanın "Sportinq" komandaları mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.
Çempionlar Liqası, 6-cı tur
6 dekabr
E qrupu
23:45. "Liverpul" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya) - 7:0
Qol: Filippe Koutinyo, 4 - penalti ilə; 15; 50. Roberto Firmino, 19. Sadio Mane, 47; 76. Mohamed Salah, 86
23:45. "Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya) - 1:1
Qol: Markos Tavares, 10 - Qanzo, 75
Xal durumu: "Liverpul" - 12, "Sevilya" - 9, "Spartak" - 6, "Maribor" - 3.
F qrupu
23:45. "Şaxtyor" (Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 2:1
Qollar: Bernard, 26. İsmaili, 33 - Serxio Aqüero, 90+2 - penalti ilə
23:45. "Feyenoord" (Hollandiya) - "Napoli" (İtaliya) - 2:1
Qollar: Nikolay Yörgensen, 33. Jeremia Sent-Juste, 90+1 - Pyotr Zelinski, 2
Qırmızı vərəqə: Toni Vilhena, 83
Xal durumu: "Mançester Siti" - 15, "Şaxtyor" - 12, "Napoli" - 6, "Feyenoord" - 3.
G qrupu
23:45. "Portu" (Portuqaliya) - "Monako" (Fransa) - 5:2
Qollar: Vensan Abubakar, 9; 33. Yasin Brahimi, 45. Aleks Telles, 65. Fransisko Soares, 88 - Kamil Qlik, 61-penalti ilə. Radamel Falkao, 78
Qırmızı vərəqələr: Felipe, 38 - Raşid Gezzal, 38
23:45. "Leyptsiq" (Almaniya) - "Beşiktaş" (Türkiyə) - 1:2
Qollar: Nabi Keyta, 86 - Alvaro Neqredo, 10-penalti ilə. Anderson Taliska, 90
Qırmızı vərəqə: Ştefan İlsanker, 82
Xal durumu: "Beşiktaş" - 14, "Portu" - 10, "Leyptsiq" - 7, "Monako" - 2.
H qrupu
23:45. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:2
Qollar: Borxa Mayoral, 8. Kriştianu Ronaldu, 12. Lukas Vaskes, 81 - Pyer Emerik Obameyanq, 43; 49
23:45. "Tottenhem" (İngiltərə) - APOEL (Kipr) - 3:0
Qollar: Fernando Lyorente, 20. Hyunq Min Son, 37. Jorj Kevin N Kudu, 80
Xal durumu: "Tottenhem" - 16, "Real Madrid" - 13, "Borussiya" - 2, APOEL - 2.
Bombardir: Kriştianu Ronaldu ("Real Madrid") - 9 qol.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR