“Fənərbağça”nın azərbaycanlısı “Hafka”nın komandasını biabır etdi
Bizi izləyin

İdman

“Fənərbağça”nın azərbaycanlısı “Hafka”nın komandasını biabır etdi

“Fənərbağça”nın azərbaycanlısı “Hafka”nın komandasını biabır etdi

Azərbaycan futbolunda rüşvətin tüğyan etdiyi mətbuatda dəfələrlə qabardılıb. Xüsusən də uşaq futbolunda rüşvətxorluq geniş yayılıb.

Klub rəsmilərinin də nəzarət etdiyi rüşvət sistemi neçə-neçə istedadlı usagı futboldan perik salıb. Azərbaycanda haqsızlıqla üzləşən uşaqlardan çox az hissəsi xaricə üz tutaraq futbolun sirlərini orda öyrənir. Onlardan biri də “Fənərbağça”da top qovan Amil Seyidovdur. “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı”da böyük haqsızlıqla üzləşən Amil Türkiyəyə üz tutub. Publika.az xəbər verir ki, hazırda üçüncü “Qəbələ kuboku”nda iştirak edən “Fənərbağça”nın 15 yaşlı azərbaycanlı futbolçusu korner.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

–1999-cu il təvəllüdlüyəm. Bakıda doğulmuşam. Keçən il “Fənərbağça”da uşaq futbolçuların seçimi olduğunu eşitdim və Türkiyəyə getdim. Bir həftə məşqlərdə iştirak etdim, bəyənildim və mənimlə 3 illik müqavilə imzaladılar. Şükür Allaha, hər şey yaxşıdı.

Ailən də Türkiyədədi?

– Yox, tək qalıram. Onlar Azərbaycandadırlar.

Bəs ailən üçün darıxmırsan?

– İlk iki ayda sıxılırdım. Rahat deyildim. Sonradan məktəbə düzəldim, komanda yoldaşlarımla münasibət qurdum, indi hər şey yaxşıdır.

Ailən gəlib-gedir yanına?

– Demək olar, üç aydan-bir gəlirlər.

“Fənərbağça”da səndən başqa azərbaycanlı futbolçu varmı?

– Var. Bəlkə, tanıyarsız, Miri ordadı. Böyük qardaşım kimidi.

Azərbaycanda hansı klublarda oynamısan?

– Futbola “Neftçi”də başlamışam. Bu klubun 1999-cu il təvəllüdlülərdən ibarət komandası yox idi, özümdən 6 yaş böyüklərlə məşq edirdim. Sonra “Atəşgah”a keçdim. Bir il orda oynadım. Sonra “Neftçi”nin 1999-cu il təvəllüdlülərdən ibarət komandası yaradıldı və ora qayıtdım. Bir il “Neftçi”də oynadım, ancaq məşqçiylə aramızda problemlər olduğundan, yenə “Atəşgah”a keçdim. Bir il sonra isə “Bakı” məni dəvət etdi. Bu komandada 5 il oynadım. Baş məşqçimiz… Heç ardıcıl 5 oyunda oynatmadı. Səbəbini bilən bilir… “Fənərbağça”da seçimlərə atam gətirdi, şükür Allaha, hər şey yaxşı oldu.

“Bakı”da problemin nə idi ki, narazılıq edirsən?

– Bilən bilir. Açıq demək olmur. Açıq desəm, sonra…

Məşqçilərlə idi problem?

– Həm məşqçilərlə, həm də böyük heyətlə (idarəçilər demək istəyir – S.A.). Məşqçilər orda elə ab-hava yaradıblar ki, heç kimin xəbəri yoxdu. Adını çəkmək istəmirəm, orda bir yönətici var… Hamı bilir onu.

Yaşar Seyidov deyil, təsadüfən?

– Bəli, odu (gülür). Bir də məşqçilər... Mənə qarşı çox pis idi məşqçilərin münasibəti.

Kim idi o məşqçilər?

– Adlarını desəm, olar?

Problem yoxdu, de.

– Murat Yoldaş, Yüksəl Kepoğlu, İlyas Qurbanov. Bunlar mənə çox problem yaratdılar orda.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm