Neymar sınıq ayağı ilə görün nələr etdi?
Bizi izləyin

İdman

Neymar sınıq ayağı ilə görün nələr etdi?

PSJ-nin braziliyalı ulduzu Neymar sınıq ayağı ilə partidən geri qalmayıb.

Publika.az xəbər verir ki, ötən ay "Marsel"lə keçirilən oyunda (3-0) topuğu burxulan futbolçu zədə alaraq ayaq-daraq sümüyünü sındırmışdı.

Bütün bunlara baxmayaraq, məşhur futbolçu sevgilisi Bruna Marquezine ilə bacısının San Pauludakı ad günü partisində iştirak edib. Əsayla gəzən futbolçu DÇ-2018-də Braziliya millisinin formasını geyinmək üçün səbrsizləndiyini bildirib.

Onun müalicəsi Braziliyada aparılır və yaxın günlərdə daha bir əməliyyat keçirəcəyi gözlənilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm