İdman
“Baku Fires” ilk gündə məğlub oldu
İyunun 6-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Dünya
Boks Seriyası (WSB) Liqasının 2013\2014-cü il mövsümünün final
mərhələsinin ilk görüşü keçirilib.
Həlledici mərhələdə Azərbaycanın “Baku Fires” komandası Kubanın
“Cuba Domaderos” kollektivi ilə qarşılaşıb.
Turnirdə Məhəmməd Qurbanov (56 kq, “Baku Fires”) Norlan Yeraya,
Heybətulla Hacəliyev (64 kq) Yasiner Toledoya qalib gəlib.
Məhəmməd İbiyev (49 kq, “Baku Fires”) Yosbani Veitaya, Xaybula
Musalov (75 kq) Arlen Lopezə, Əbdülqədir Abdullayev (91 kq) isə
Erislandi Savona məğlub olub.
Beləliklə, ilk görüş “Cuba Domaderos”un 3:2 hesablı qələbəsi ilə
yekunlaşıb.
Komandalar arasında növbəti görüş iyunun 7-də “Sərhədçi” İdman
Olimpiya Mərkəzində keçiriləcək.
Qeyd edək ki, iki görüşdən sonra qalib müəyyənləşməsə, 69 kiloqram
çəki dərəcəsində Yevgeni Romaşkeviç (“Baku Fires”) ilə Arisnoidis
Despaigne (“Cuba Domaderos”) arasında əlavə döyüş keçiriləcək.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi