Həbs olunan prezidentin işinə yenidən baxılacaq
Bizi izləyin

İdman

Həbs olunan prezidentin işinə yenidən baxılacaq

Həbs olunan prezidentin işinə yenidən baxılacaq

“Fənərbaxça” üçün sevindirici xəbər gəlib.

Prokuror Abdullah Mirza Coşkun 13-cü Ağır Cəza Məhkəməsinə oyun “alqı-satqısı” iddiasının yenidən baxılması və Aziz Yıldırımın da aralarında olduğu şübhəlilərin cəzasının dayandırılması tələb edib.

Publika.az xəbər verir ki, yenidən mühakimə olunması istənilən şəxslər arasında Aziz Yıldırım, İlhan Ekşioğlu və Yetkin Pekerlə yanaşı daha üç şübhəli var.

İndi hər kəs İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Prokuroru Abdullah Mirza Coşkunun mövzuya bağlı təqdim etdiyi sənədlərə əsasən son qərarını verməsi gözləyir.

Qeyd edək ki, Aziz Yıldırım “birdən çox qarşılaşmada oyun “alqı-satqısı” və “təşkilat qurmaqda” günahlandırılaraq 6 il 3 ay həbs və 1312 lirə pul cəzası ilə cəzalanıb.

Yıldırım təxminən bir il həbs yatdığı üçün qanununa əsasən 2 il 6 ay çəkilməmiş cəzası qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm