İdman
Cüdoçularımız beynəlxalq yarışda 7 medal qazandı
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa Kubokunda Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası 7 medal əldə edib.
Publika.az xəbər verir ki, cüdoçularımız 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Balabəy Ağayev (55 kq), Yaşar Nəcəfov (60 kq) və Ramilə Əliyeva (48 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib olub.
Bu nəticə ilə Azərbaycan millisi 3-cü yeri tutub.
Qeyd edək ki, Avropa Kubokunda 17 ölkədən 259 cüdoçu mübarizə aparıb.
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi