Messi şokda - Polis araşdırmaya başladı
Bizi izləyin

İdman

Messi şokda - Polis araşdırmaya başladı

Messi şokda - Polis araşdırmaya başladı

“Barselona”nın ulduzu Messi yenidən vergi qalmaqalı ilə bağlı mətbuatın gündəminə düşüb.

Argentinalı ulduz yenə çirkli pulları yumaq və vergilərdən yayınmaqda ittiham olunur. İspaniya polisi bununla bağlı araşdımalara başlayıb.

Publika.az xəbər verir ki bu bardə "El Pais" dərgisi məlumat yayıb. Belə ki, Messi 2012 və 2013-cü illərdə “Messinin dostları” komandası ilə dünya yığması arasında bir sıra görüşlər keçirərək vergilərdən yayınmaqda şübhəli bilinir.

Bu görüşlərin təşkilatçısı Hollandiyanın Antil adalarında qeydə alınıb. Təşkilatçı ümumi məbləği 1 milyon avro olan iki köçürmə edib. Güzəştli vergi rejimi olan bu cırtdan dövlət vergi ödəyicilərinin sığınacağı hesab edilir. Pul vəsaitini alan tərəfin “G.Marin Messi” şirkətinin olması da şübhələr yaradıb. Şirkət futbolçunun dostu Qilyermo Marinə aiddir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm