Şehiç İtaliya A seriyasına transfer oldu
Bizi izləyin

İdman

Şehiç İtaliya A seriyasına transfer oldu

2013-cü ildən “Qarabağ”ın şərəfini qoruyan Bosniya və herseqovinalı qapıçı İbrahim Şehiçin getdiyi komanda bəlli olub.

Publika.az xəbər verir ki, qolkiperin İtaliya A seriyasına geri qayıdan “Parma” klubu ilə razılaşdığı bildirilir.

Qeyd edək ki, “Qarabağ”ın heyətində ötən il ilk dəfə Çempionlar Liqasında çıxış edib ən çox seyv edən ikinci qapıçı titulu alan Şehiç Ağdam klubundan 700 000 avro maaş tələb edib. Lakin klub bununla razılaşmayıb.

Qurban Qurbanovun heyətindən Şehiçdən başqa daha 8 futbolçu ayrılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm