İngiltərə klublarının qənimi UEFA tarixində ilkə imza atacaq
Bizi izləyin

İdman

İngiltərə klublarının qənimi UEFA tarixində ilkə imza atacaq

Çempionlar Liqasının finalında “Liverpul”u məğlub etməklə ardıcıl 3-cü dəfə çempion olan “Real” UEFA Superkuboku uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Publika.az xəbər verir ki, “Real” bununla UEFA Superkuboku tarixində də bir ilkə imza atacaq.

Belə ki, “Kral Klubu” Avropa Liqasının qalibi "Atletiko Madrid"lə qarşılaşacaq. Bu isə o deməkdir ki, finalda bir şəhərin iki təmsilçisi qarşılaşacaq.

Matç avqustun 15-də Tallinin "A. Le Kok Arena" stadionunda baş tutacaq.

Qeyd edək ki, ötən ilin avqustunda “Real” "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edərək Superkubokun sahibi olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm