Qaladan çıxan “günəşin açıq saçlı qızı” – FOTOLAR
Bizi izləyin

İdman

Qaladan çıxan “günəşin açıq saçlı qızı” – FOTOLAR

Qaladan çıxan “günəşin açıq saçlı qızı” – FOTOLAR

Sabah bütün dünyanın diqqəti Braziliyaya yönlənəcək. Dünya çempionatı start götürür.

Publika.az dünya çempionatının keçiriləcəyi şəhərlər haqqında oxuculara qısa məlumat verir. Bu dəfə səyahətimiz Braziliyanın Fortaleza şəhərinə olacaq.

Fortaleza portuqal dilində “qala” mənasını verir. Şəhər öz başlanğıcını 17-ci əsrdə hollandlar tərəfindən əsası qoyulmuş qaladan götürür. Burada il ərzində gündəlik temperatur 30 dərəcədir. İyun ayı isə leysan yağışları ilə müşayiət olunur. Fortalezaya səyahət edən turistləri daha çox gecə həyatı, okean çimərliyi və çoxsaylı ticarət mərkəzləri cəlb edir.

Dünya çempionatı “Kastelan” stadionunda keçiriləcək. 65 minlik izləyici tutumuna malik olan stadionda aşağıdakı oyunlar baş tutacaq:

14 iyun. Uruqvay-Kosta-Rika (D qrupu)

17 iyun. Braziliya-Meksika (A qrupu)

21 iyun. Almaniya-Qana (G qrupu)

24 iyun. Yunanıstan-Fildişi sahili (C qrupu)

29 iyun. 1/8 final oyunu

4 iyul. 1/4 final oyunu

Hava kifayət qədər isti olduğu üçün bədii ədəbiyyatda Fortaleza “günəşin açıq saçlı qızı” kimi tərənnüm olunur.

Fortaleza əsrarəngiz çimərliyi ilə məşhurdur. Şəhərdə Ponta Dunas adlı ən iri su parkı yerləşir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm