Dünya çempionatında ilk qalmaqal
Bizi izləyin

İdman

Dünya çempionatında ilk qalmaqal

Dünya çempionatında ilk qalmaqal

Builki dünya çempionatına ilk qalmaqala Hollandiya millisi imza atıb. Belə ki, "Qalatasaray"lı Uesley Sneyder, "Fənərbaxça"lı Dirk Kuyt və "Milan"lı Nigel de Yonq ötən axşam olduqları ərazini tərk edərək əylənməyə gediblər. Futbolçular bu gün saat 11:00-da geri qayıtdılar.

Publika.az xəbər verir ki, oyunçuların otelə qayıtmaları üçün cangüdənlərin yardım etdikləri bildirilib. Baş verənlərə görə Hollandiya Futbol Federasiyasının təəccübləndiyi deyilib.

Oyunçulara öncə icazə verildiyi, ancaq mətbuatın gözünün qarşısında əylənmələri və təxminən bir gün sonra, gec saatlarda geri qayıtdıqlarına görə cəza aldıqları deyilir.

Hollandiyanın sabah İspaniya ilə oynayacağı qarşılaşma öncəsində hadisələr Braziliya mətbuatında qalmaqal kimi qələmə alınıb. Həmçinin Braziliya mətbuatı “Sneyder, Kuyt, De Yong tətilə getdi" başlıqlı xəbər də yayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm