Useyn Bolta dopinq ittihamı
Bizi izləyin

İdman

Useyn Bolta dopinq ittihamı

Useyn Bolta dopinq ittihamı

Yüngül atletikanın yaşayan əfsanəsi Karl Luis dünyanın ən sürətli adamı Useyn Boltla bağlı qalmaqallı açıqlama verib.

Luis 2008-ci ildə baş tutan Olimpiya oyunlarında Boltun qazandığı uğurlarla bağlı şübhələrinin olduğunu açıqlayıb. Publika.az xəbər verir ki, Karl Luis yamaykalı sprinterin bir illik nəticələri arasında böyük fərq olduğunun vurğulayıb:

“Bir il 10.03 nəticə verirsən, sonra isə 9.69… Əgər həmin göstəricilərin sonuna bir sual işarəsi qoymusunuzsa, bu, siz bir axmaqsız deməkdir”.

Əfsanəvi atlet Asafa Povell və Şeron Simpsonu nümunə göstərərək Yamaykanın dopinq nəzarətinə güvənmədiyini də qeyd edib.

Bir neçə il əvvəl belə açıqlamalar verdiyinə görə, yamaykalıların və Useyn Boltun ona təziqlər göstərdiyini bildirən Luis "Dediklərim həqiqət çıxan zaman heç kimdən səs gəlmədi” deyə bildirmişdi.

Xatırladaq ki, Bolt 2012-ci ildə keçirilən olimpiya oyunları zamanı verdiyi açıqlamada Karl Luisə hörmət etmədiyini demişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm