Pele Almaniyanın fatihəsini verdi
Bizi izləyin

İdman

Pele Almaniyanın fatihəsini verdi

Pele Almaniyanın fatihəsini verdi

Braziliya futbolunun canlı əfsanəsi Pele Almaniya millisinin DÇ-2014-dəki şanslarını dəyərləndirib.

Publika.az xəbər verir ki, “sambaçı” almanların finala çıxacağına inandığını bildirib:

"Mən hələ mundialın əvvəlində Avropa komandalarından İspaniya və Almaniyanın dünya çempionu ola biləcəklərini demişdim. İspaniya ümidləri doğrultmadı. Ancaq almanların finala qədər irəliləyəcəyini inanıram. Yoahim Löv komanda üçün böyük işlər görür, yaxşı taktikası var. Yüksək səviyyəli məşqçi təkcə dünya çempionatında uğur qazanmamalıdı. Löv də belə məşqçilərdəndi. Düşünürəm ki, o, komandada işini davam etdirməlidi".

Qeyd edək ki, Pele proqnozlarının düz çıxmamasına görə həmişə zarafat obyektinə çevrilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm