Ağlayan futbolçu danışdı: “Atam 2004-cü ildə…”
Bizi izləyin

İdman

Ağlayan futbolçu danışdı: “Atam 2004-cü ildə…”

Ağlayan futbolçu danışd: “Atam 2004-cü ildə…”

DÇ-2014-ün C qrupunda Kolumbiya ilə matçdan öncə Fil Dişi Sahili millisinin futbolçusu Serey Dinin ölkəsinin himni çalınanda ağladığı barədə məlumat vermişdik.

Mətbuat futbolçunun oyundan iki saat əvvəl atasının ölüm xəbərini aldığını və buna görə də himn çalınan zaman göz yaşlarını saxlaya bilmədiyini yazmışdı. Publika.az xəbər verir ki, futbolçu bu məlumatə təkzib edib. Di instaqramda məsələyə belə münasibət bildirib:

“Mənim atam 2004-cü ildə vəfat edib. Himn çalınarkən çox həyacanlı oldum. Ölkəmi təmsil etməkdən dolayı duyduğum şərəf hissi məni ağlamağa vadar etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm