Braziliyada daha bir istefa
Bizi izləyin

İdman

Braziliyada daha bir istefa

Braziliyada daha bir istefa

DÇ-2014-də daha bir baş məşqçi istefası reallaşıb.

Publika.az xəbər verir ki, Kot`D-İvuar yığmasının baş məşqçisi Sabri Lamouçi postundan ayrılıb.

Buna səbəb komandanın dünya çempionatında uğursuz çıxışı olub. Ötən axşam Yunanıstana yenilən Kot`D-İvuar millisi 1/8 finala çıxa bilməyib. Bundan sonra baş məşqçi istefa verib.

Qeyd edək ki, 42 yaşlı fransız mütəxəssis 2012-ci ildən Kot`D-İvuar millisinə başçılıq edirdi. Ötən axşam ondan başqa daha bir mütəxəssis istefa verib. Bedə ki, İtaliya yığmasının çalışdırıcısı Cesare Prandelli uğursuz çıxışa görə postunu tərk edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm