Prezidentin zəngindən sonra yola gəldilər
Bizi izləyin

İdman

Prezidentin zəngindən sonra yola gəldilər

Prezidentin zəngindən sonra yola gəldilər

Nigeriyalı futbolçuların Braziliyada etiraz aksiyasına əl atdıqları barədə məlumat vermişdik.

Xatırladaq ki, Nigeriya millisinin üzvlər 1/8 finala çıxdıqları üçün onlara çatacaq mükafat ödənilməyəcəyi halda, meydana çıxmayacaqlarını bildirmişdilər. Publika.az xəbər verir ki, məsələyə Nigeriya prezidenti Qudlak Conatan müdaxilə etməli olub.

Prezident komandanın veteran futbolçuları ilə danışaraq onlara mükafatın ödəniləcəyi ilə bağlı vəd verib. Bundan sonra futbolçular məşqə çıxmağa razılıq veriblər.

Qeyd edək ki, bu, Afrika komandaları ilə bağlı ilk belə insident deyil. Mundialın startına qədər Kamerun millisi, qrup mərhələsinin oyunları zamanı isə Qana yığması mükafata görə etiraz aksiyası keçirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm