Onu xüsusi vertolyotla apardılar
Bizi izləyin

İdman

Onu xüsusi vertolyotla apardılar

Onu xüsusi vertolyotla apardılar

Kolumbiya ilə oyunda zədələnən Braziliya millisinin lideri Neymar üçün dünya çempionatı bitib.

Publika.az xəbər verir ki, ulduz futbolçu bu gün xüsusi vertolyotla komandanın Teresopolisdə yerləşən düşərgəsini tərk edib. Neymarı həkimlərin konsultasiyasından keçirmək üçün San-Pauluya aparıblar.

Ola bilsin ki, konsultasiyadan sonra futbolçu Belu Orizonteyə gətirilsin. Neymarın “Eştadio Mineyrao” stadionunda keçiriləcək Braziliya-Almaniya qarşılaşmasını tribunadan izləyəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm