“Slovakiyanın fəthi” planı Qubada hazırlanır
Bizi izləyin

İdman

“Slovakiyanın fəthi” planı Qubada hazırlanır

“Slovakiyanı fəth” planı Qubada hazırlanır

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamız dünya çempionatına hazırlığı davam etdirir.

Publika.az xəbər verir ki, çempionat öncəsi son hazırlığını Quba Olimpiya İdman Kompleksində keçən yığmamızın heyətinə 20 güləşçi cəlb olunub. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək.

Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov çempionata ciddi hazırlaşdıqlarını və bunun üçün hər bir şəraitin yaradıldığını bildirib.

"İdmançıların əhval-ruhiyyəsi yüksəkdir. Güləşçilərimiz daim yüksək əyarlı medallar uğrunda mübarizə aparıblar. Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin son Avropa çempionatında güləşçilərimiz 7 medal (4 qızıl, 1 gümüş, 2 bürünc) qazandılar. Slovakiyada keçiriləcək dünya çempionatında da uğurlu çıxış edib, komanda hesabında birinci olmaq istəyirik.

Ötən il analoji yarışda 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında dünya ikincisi olmuşduq. Çalışacağıq ki, ən azı ötən ilki nəticəni təkrarlayaq və daha da yaxşılaşdıraq. Bunun üçün yaxşı hazırlıq keçirik. Güləşçilərimiz də səylə çalışırlar.

Federasiya tərəfindən hazırlığımız üçün hər cür şərait yaradılıb. Qarşımızda yalnız bir məqsəd var. O da çempionatda var gücümüzü ortaya qoyub, bayrağımızı yüksəltmək, himnimizi səsləndirmək və qazanacağımız medallarla xalqımızı sevindirməkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm