Prezident ittiham etdi - “Agenti tapacağıq”
Bizi izləyin

İdman

Prezident ittiham etdi - “Agenti tapacağıq”

Prezident ittiham etdi - “Agenti tapacağıq”

"Barselona"nın yeni prezidenti Josep Mariya Bartomeu Neymarın transferi işinin məhkəməyə qədər gedib çıxmasına münasibət bildirib.

Publıika.Az xəbər verir ki, yeni prezident mətbuata açıqlamasında məlumatları sızdıran agentin araşdırılıb tapılacağını bildirib:

“Görünür ki, "Real" Messi və Neymarın transferini həzm edə bilmir. Madrid klubu Neymarı almaq istədi, amma onlarda alınmadı. “Real” bizim klubun müxalifyönlü üzvü Xordi Kasesə çox böyük dəyər verib. Məlumatların mətbuata yayılmasında onların əli ola bilər. Bunu araşdıracağıq”.

Klubun keçmiş prezidenti Sandro Rosellin Neymarın transferində 40 milyon avro mənimsədiyi iddia edilmiş və o istefa verməyə məcbur olmuşdu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm