“Neftçi” təsdiqlədi - Stadionda iftar süfrəsi açılacaq
Bizi izləyin

İdman

“Neftçi” təsdiqlədi - Stadionda iftar süfrəsi açılacaq

“Neftçi” təsdiqlədi - Stadionda iftar süfrəsi açılacaq

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsində Sloveniyanın “Koper” komandası ilə keçirəcəyi oyunda azarkeşləri sürpriz gözləyir.

Musavat.com-un yaydığı məlumata görə, klub rəhbərliyi Bakıdakı oyun ərəfəsində oruc tutan azarkeşlər üçün yenilik tətbiq edəcək.

Belə ki, iftar saatında oruc tutanlara yemək, su və xurma paylanacaq. Klub bu addımı stadiona su qablarının buraxılmaması ücbtından oruc tutan azarkeşlərin oyunu yarımçıq tərk etməməsi üşün atır.

Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi xəbəri təsdiqlədi:

“Keçən il də ÇL-in II təsnifat mərhələsində “Skenderbeu”lə oyun Ramazan ayına təsadüf etmişdi. Azarkeşlər iftarı açmaq üçün su gətirmək istəyirdilər. FİFA-nın qaydalarına görə, stadiona istər plastik, istərsə də şüşə butulkalarda su keçirmək olmaz.

Hətta arenaya daxil olduğun biletlə stadiondan çıxıb, yenidən stadiona girmək də qadağandır. Oruc tutan azarkeşlərin oyunu yarımçıq tərk etməsini istəmirik. Bütün bunları nəzərə alaraq bu addımı atmışıq. İftar açanlara kiçik plastik qablarda su veriləcək. Təbii ki, xüsusi icazə ilə …”

Qeyd edək ki, “Neftçi” - “Koper” qarşılaşması iyulun 17-də saat 20.00-da “Bakcell Arena” stadionunda keçiriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm