Onu səhər saat 7-də təbrik edəcəklər
Bizi izləyin

İdman

Onu səhər saat 7-də təbrik edəcəklər

Onu səhər saat 7-də təbrik edəcəklər

İngiltərə mətbuatında yayılan informasiyaya görə, “Mançester Siti” ulduz futbolçusu Yaya Turenin doğum gününü təbrik etməyib. Mətbuat bu məlumatı yayanın adından yayıb.

Publika.az xəbər verir ki, futbolçunun agenti Dmitri Selyuk bu məlumatı təkzib edib. Agent müştərisinin belə ifadə işlətmədiyini bildirib:

“İngiltərə mətbuatı iddia edir ki, Yaya bilərəkdən konflikt yaradır ki, rəhbərlikdən daha çox pul qopartsın. Ancaq bu belə deyil. Bu gün verdiyimiz açıqlama ilə göstərdik ki, futbolçu üçün ilk pillədə duran amil hörmətdir.

Əminəm, gələn il “Siti” Yayanın doğum gününü səhər saat 7-də təbrik edəcək və ona tort hazırlayacaq. Yaya klubda hər kəsdən razıdır, buna kiminsə şübhə etməsi yersizdir”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm