• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Neftçi”nin prezidenti yuxuda nə görüb? - “Elə Sloveniyada istefa verəcək”

  • İdman
  • 24 İyul 2014 10:08
  • 1 503 Baxış
“Neftçi”nin prezidenti yuxuda nə görüb? - “Elə Sloveniyada istefa verəcək”

Avroliqanın II təsnifat mərhələsində Bakıda keçirilən oyunda “Koper”ə məğlub olan “Neftçi”nin düşərgəsində vəziyyət gərgindir.

Bakıdakı məğlubiyyətdən sonra komandanın vitse-prezidenti Tahir Süleymanov istefaya getdi. Publika.az xəbər verir ki, “Neftçi”dəki istefalar bununla yekunlaşmaya bilər. Komanda bu gün Sloveniyada keçiriləcək cavab qarşılaşmasında qalib gəlib, mərhələ adlamayacağı təqdirdə, yeni istefalar olacaq.

Öncə baş məşqçi Böyükağa Hacıyev istefaya gedəcək. “Neftçi”nin prezidenti Sadıq Sadıqov “Futbol+” qəzetinə verdiyi müsahibədə bunu təsdiqləyib:

“Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya 3 cavabdeh şəxs var – mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağa ilə mən qalmışam. Görək nə olur”.

Sadıq Sadıqov bu gün keçiriləcək oyuna toxunarkən bildirib ki, yuxuda qələbə qazandıqlarını görüb:

“Yuxuda görmüşəm ki, qələbə ilə qayıdırıq. İnşallah belə də olar. Proqnozumuza gəlincə, 2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR