İtaliyada hamısı bəllidi
Bizi izləyin

İdman

İtaliyada hamısı bəllidi

İtaliyada hamısı bəllidi

Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Publika.az xəbər verir ki, ötən gecə bu mərhələnin son oyunu keçirilib.

"Napoli" doğma meydanda "Latsio" ilə qarşılaşıb. Meydan sahibləri minimal hesabla qalib gələrək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, bu mərhələnin görüşləri bir oyundan ibarət idi. Digər oyunlarda "Roma", "Fiorentina" və "Udineze" finala vəsiqə qazanmaq uğrunda mübarizə aparmaq şansı əldə etmişdi.

İtaliya Kuboku

1/4 final

29 yanvar

Napoli - Latsio - 1:0

Artıq yarımfinal cütlükləri də bəllidi. Belə ki, İtaliya Kubokunun finalına vəsiqə qazanmaq üçün aşağıdakı cütlükləri mübarizə aparacaq:

Udineze - Fiorentina

Roma - Napoli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm