Məşhur idmançıya şok təhdid: “Həbs olunacaqsan” - FOTOLAR
Bizi izləyin

İdman

Məşhur idmançıya şok təhdid: “Həbs olunacaqsan” - FOTOLAR

Animasiya film qəhrəmanı Hulka bənzədilən alman atlet Hartinq qalib gəldiyi idman yarışında sevincini qəribə şəkildə büruzə verib.

Belə ki, o, qələbəni formasını cırmaqla qeyd edib. Buna görə Hartinq ciddi qınaq obyektinə çevrilib.

Publika.az xəbər verir ki, disk atma üzrə olimpiya, dünya və Avropa çempionu Robert Hartinqə eyni hərəkəti bir daha təkrarlayarsa, həbs olunacağı barədə xəbərdarlıq olunub.

İyirmi doqquz yaşlı idmançı xəbərdarlığı adı açıqlanmayan bir şəxsdən elektron məktub vasitəsilə alıb. Məktubda deyilir ki, azarkeşlər önündə bu hərəkəti bir daha təkrarlayarsa, o, dövlət simvollarını təhqir etməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb ediləcək.

Məlumat üçün bildirək ki, alman Cinayət Məcəlləsinin 90-cı maddəsinə görə, ölkə bayrağını, rənglərini, milli marşını ictimaiyyət önündə təhqir edən şəxsi 3 ilədək həbs və ya pul cəriməsi cəzası gözləyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm