Syomin mesaj verdi-“Qəbələ”də daha bir ulduz?
Bizi izləyin

İdman

Syomin mesaj verdi-“Qəbələ”də daha bir ulduz?

Syomin mesaj verdi-“Qəbələ”də daha bir ulduz?

Rusiya yığmasının daha bir ulduzu "Qəbələ"də çıxış edə bilər. Publika.az xəbər verir ki, Marat İzmayılovu icarəyə götürən "Qəbələ"də Diniyar Bilyaletdinovun da çıxış etməsi mümkündü.

Belə ki, hazırda Moskva "Spartak"ının formasını geyinən 28 yaşlı yarımmüdafiəçinin yayadək icarəyə verilməsi gözlənilir. Rusiya mətbuatının bununla bağlı sualına "Qəbələ"nin baş məşqçisi belə cavab verib: "Düşünürəm ki, Diniyarln böyük seçim imkanı var. Əgər o hər hansı qərara gəlsə, mütləq mənə zəng vuracaq".

Qeyd edək ki, Bilyaletdinov 2012-ci ildən "Spartak"da çıxış edir. O, əvvəllər Moskva "Lokomotiv"inin və "Everton"un formasını geyinib. Diniyar "Lokomotiv"də Syominin rəhbərliyi altında çıxış edib. Yarımmüdafiəçi indiyədək Rusiya millisində 46 oyun keçirib və 6 qol vurub. "Transfermarket" ona 3 milyon avro qiymət qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm