"Neftçi" Avroliqanin play-off mərhələsində
Bizi izləyin

İdman

"Neftçi" Avroliqanin play-off mərhələsində

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Publika.az.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxır.

Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Böyükağa Hacıyevin komandası bu mərhələdə Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adladı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıdı. Hansı ki, bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələyib. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olub. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşib ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanıb.

İlk oyun qolsuz başa çatdığından, "Neftçi" cütün taleyinə səfər oyununda aydınlıq gətirməliydi. Bu mənada Böyükağa Hacıyevin komandasına Tiflisdə hətta qollu heç-heçə də bəs edəcək.

Avropa Liqası

Üçüncü təsnifat mərhələsi (cavab oyunu)

7 avqust

Çixura - Neftçi - 2:3 (1-ci hissə) Qollar: E.Nfor, 16,27,38 G.Qabedava, 30,50

Sarı vərəqə: Kaue, 20.

Baş hakim: Tamaş Boqnar (Macarıstan).

Tiflis. "Mixail Mesxi" stadionu.
İlk oyun - 0:0.

ÇİXURA: 25. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jigauri, 15. Georgi Koripadze 26. Georgi Datunaişvili, 49. David Odikadze (k), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze.

Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Txelidze, 23. Aleksandr İvanişvili, 27. Qiqa Beçvaya, 11. Tornike Mumladze, 71. Temur Nadiradze, 24. Laşa Çikvaidze.

Baş məşqçi: Samson Pruidze.

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov, 21. Samir Məsimov, 25. Cavid İmamverdiyev, 23. Ruslan Qurbanov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm