57 milyonluq çempionat – Ən dəyərli “Qəbələ”, ən ucuz “Bakı”dır
Bizi izləyin

İdman

57 milyonluq çempionat – Ən dəyərli “Qəbələ”, ən ucuz “Bakı”dır

57 milyonluq çempionat – Ən dəyərli “Qəbələ”, ən ucuz “Bakı”dır

Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib.

Publika.az xəbər verir ki, transfermarket.de saytının klublarımızda oynayan futbolçulara qoyduğu qiymətlərə əsasən apardığı hesablamalara görə, çempionatımızın 56 milyon 925 min avro dəyəri var.

Azərbaycan Premyer Liqasının ən dəyərli klubu "Qəbələ"di. Bölgə klubunun 22 futbolçusuna ümilikdə 11 milyon 100 min avro qiymət qoyulub. "Qəbələ"nin ən dəyərli futbolçusu isə "Braqa"dan gələn Yazaldedi - 2 milyon 300 min avro.

İkinci pilləni "Qarabağ" tutur. Azərbaycan çempionunun ümumi dəyəri 10 milyon 775 min avrodu. "Qarabağ"ın ən dəyərlisi Danilo Dias hesab olunur - 2 milyon 500 min avro.

İlk "üçlüy"ü "Xəzər Lənkəran" qapayır. 9 milyon 50 min avro qiymət qoyulmuş Lənkəran klubunun ən bahalı oyunçusu 1 milyon 500 min avro qiyməti olan Mbilla Etamedi.

Azərbaycan Premyer Liqasının ən ucuz komandası "Bakı"dı. Əsas futbolçularını itirən, 3 legioner və gənc oyunçularla yoluna davam edən paytaxt klubunun 11 futbolçusuna 1 milyon 450 min avro qiymət qoyulub.

1. Qəbələ (22 futbolçu) - 11 milyon 100 min avro

Ən bahalı oyunçusu: Yazalde - 2 milyon 300 min avro

2. Qarabağ (21 futbolçu) - 10 milyon 775 min avro

Ən bahalı oyunçusu: Danilo Dias - 2 milyon 500 min avro

3. Xəzər Lənkəran (24 futbolçu) - 9 milyon 50 min avro

Ən bahalı oyunçusu: Mbilla Etame - 1 milyon 500 min avro

4. İnter (23 futbolçu) - 7 milyon 200 min avro

Ən bahalı oyunçusu: Aleksandr Amisulaşvili - 1 milyon 800 min avro

5. Neftçi (18 futbolçu) - 6 milyon 350 min avro

Ən bahalı oyunçusu: Kaue - 1 milyon 400 min avro

6. Simurq (12 futbolçu) - 4 milyon 675 min avro

Ən bahalı oyunçuları: Benjamin Lambot, Marko Stanoyeviç - 650 min avro

7. AZAL (16 futbolçu) - 2 milyon 800 milyon

Ən bahalı oyunçusu: Viktor İbekoyi - 500 min avro

8. Sumqayıt (17 futbolçu) - 1 milyon 875 min avro

Ən bahalı oyunçuları: Andrey Popoviç - 200 min avro

9. Araz Naxçıvan (18 futbolçu) - 1 milyon 650 min avro

Ən bahalı oyunçusu: Ramal Hüseynov - 150 min avro

10. Bakı (11 futbolçu) - 1 milyon 450 min avro

Ən bahalı oyunçuları: Risto Ristoviç - 400 min avro

Oxumağa davam et
Reklam
Reklam

Gündəm