Qalmaqallı türk AFFA-dakı alman lobbisindən danışdı
Bizi izləyin

İdman

Qalmaqallı türk AFFA-dakı alman lobbisindən danışdı

Qalmaqallı türk AFFA-dakı alman lobbisindən danışdı

Türkiyədə tez-tez klub dəyişməsiylə tanınan Yılmaz Vural mətbuata maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, Azərbaycan millisində çalışma ehtimalının olduğunu, ancaq AFFA-dakı alman lobbisinin ona mane olduğunu söyləyib:

“Heç nə mənim ixtiyarımda deyil. Ölkə xaricində işləmək üçün Türkiyədə uğur qazanmaq lazımdı. Ona görə də üç böyük komandadan birində çalışmalıyam. Əgər böyük klubları çalışdırsam, Avropada da uğur qazanaram.

Ərəb ölkələrindən, İrandan, Qətərdən təkliflər gəlir. Oralarda işləmək istəmirəm. Berti Foqtsdan sonra Azərbaycan millisinin baş məşqçisi ola bilərdim. Hətta federasiya ilə anlaşmışdım. Ancaq alman lobbisi buna əngəl oldu, Foqtsla müqavilə yeniləndi. Bu səbəbdən orada işləməyim alınmadı”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm