İnsident – Polis və mühafizəçi yaralandı – VİDEO
Bizi izləyin

İdman

İnsident – Polis və mühafizəçi yaralandı – VİDEO

İnsident – Polis və mühafizəçi yaralandı – VİDEO

Türkiyənin 3-cü liqasının açılış matçında "B.B.Erzurumspor" klubu "Ayvalıkgücü" ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Publika.az xəbər verir ki, matçın 81-ci dəqiqəsində qonaqların qol vurmasını həzm edə bilməyən azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb.

Azarkeşlərdən biri meydana girərək futbolçulara əlverişli məqamlardan yararlanmadıqlarına görə, irad bildirib və topu rəqib qapısına vurub. Bundan sonra tribunada olan azarkeşlər də oturacaqları sındıraraq meydana atıblar.

Polisə və mühafizəçilər sərt reaksiya göstərən azarkeşlərə qarşı tədbir görüb. İnsident zamanı 1 polis və 1 xüsusi mühafizə işçisi yaralanıb. Polis sakitlik yaratmaq üçün bibər qazından istifadə edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm