İdman
Paşayev: “Məni bəhanə ilə uzaqlaşdırdılar”
Ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət milli komandamızın baş məşqçisi Nizami Paşayevin vəzifəsindən uzaqlaşdırılması barədə xəbər vermişdik. Bu xəbərin mətbuatdan bir ay gizli saxladığını da qeyd etmişdik.
Bu xəbərdən sonra Atletika federasiyası rəsmi bəyanat yaydı ki, keçmiş atlet vəzifəsindən kənarlaşdırılıb.
Federasiyanın icraçı direktoru İsgəndər Əsgərov Paşayevin işdən çıxarıldığını bildirsə də, ona əsas yığmada baş məşqçi Zlatan Vanevin köməkçisi və AZAL idman klubunda ağırlıqqaldırma növü üzrə baş məşqçilik təklif olunduğunu demişdi.
Məsələ ilə bağlı keçmiş çempionun özü ilə əlaqə saxladıq. Publika.Az-a danışan Paşayev ona heç bir təklifin olmadığını idmandan uzaq qaldığını bildirdi:
“Bir müddətdir demək olar ki, idmandan uzaq qalmışam. Amma “Neftçi” İdman-Sağlamlıq Mərkəzində məşqçi kimi çalışıram.
Məni millidəki postumdan bəhanə ilə uzaqlaşdırdılar. Başa düşə bilmirəm, Avropa birinciliyindən 1 qızıl, 3 gümüş medalla qayıtmışdıq.
Bu, zəif nəticədir? Mən baş məşqçi olana kimi heç yarışlara da gedilməyib. Həmin vaxtdan etibarən hər il medalımız olub. Amma təklif gəlsə, işləyəcəm. Hələ ki, “Neftçi” İdman-Sağlamlıq Mərkəzində məşqçi kimi çalışıram”.
N.Paşayev legionerlərə daha çox önəm verildiyini vurğuladı:
“400 min dollar verib, xaricdən idmançı gətirirlər. Bundansa, pulu öz idmançılarımıza xərcləsələr daha yaxşı olar. Yerli idmançılar daha da yaxşı nəticələr verər.
İndi deyəsən, bütün komandaları böyüklərdən ibarət əsas yığmanın baş məşqçisi Zlatan Vanevə veriblər. Nəzarət də ona tapşırılıb. O ki, qaldı təklifə, mənə heç bir təklif olmayıb. Olsaydı deyərdim”.
Aygün İlqarqızı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR