Rinqdə ölən məşhur boksçunun son anları – VİDEO
Bizi izləyin

İdman

Rinqdə ölən məşhur boksçunun son anları – VİDEO

Rinqdə ölən məşhur boksçunun son anları

Fevralın 3-də məşhur boksçu Oskar Qonzalez Qost “WBC Silver” boks turnirində İsus Qalisiya ilə Mexikoda üz-üzə gəlib.

Revanş matçının 10-cu raundunda Oskar Qonzalez Qost rəqibin vurduğu zərbə ilə nokauta düşüb. İlkin müdaxiləyə baxmayaraq boksçunu özünə gətirmək mümkün olmayıb və o xəstəxanaya yerləşdirilib.

Bir gün komada qalan məşhur idmançının beyin ölümü keçirdiyi bildirilib. Dünən isə 33 yaşlı boksçunun orqanizmi tamamilə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Oskar idmançı karyerası ərzində keçirdiyi 23 döyüşdən 14-nü nokautla qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm