Azərbaycan futbolunda növbəti komediya- AFFA-ya boş disk təqdim etdilər
Bizi izləyin

İdman

Azərbaycan futbolunda növbəti komediya- AFFA-ya boş disk təqdim etdilər

Azərbaycan futbolunda növbəti komediya- AFFA-ya boş disk təqdim etdilər

AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

Publika.Az xəbər verir ki, ən məzəli qərar isə "İnter” – AZAL görüşü ilə bağlı olub. Belə ki, "İnter" tərəfinin AFFA nümayəndəsinə təqdim etdiyi oyunun videoyazısı qeyd edilmiş disk boş olub.

Buna görə klub 1000 manat cərimələnib. Görünür soyuq hava "İnter"in operatoruna təsir etdiyindən o, çəkilişdən öncə kameranı işə salmağı unudub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm