Argentinada onun soyadı qadağan olundu
Bizi izləyin

İdman

Argentinada onun soyadı qadağan olundu

Argentinada onun soyadı qadağan olundu

Argentinanın Rosario şəhərində maraqlı qadağa tətbiq olunub.

Publika.az xəbər verir ki, yerli hakimiyyət yeni doğulan uşaqlara Messi adının qoyulmasını qadağan edib.

"Barselona" və Argentina millisinin ulduzu doğulduğu Rosarioda sözün əsl mənasında xalq qəhrəmanı hesab olunur. Bunun nəticəsi olaraq yeni doğulan uşaqların əksəriyyətinə Messi adı qoyulur. Vəziyyətin kritik həddə çatdığını görən hakimiyyət gələcəkdə qarışıqlıq yaranmaması üçün uşaqlara bu adın verilməsinə qadağa qoyub.

Məlumata görə, Rosarioda son olaraq doğulan uşaq Messi Varela adlandırılıb. Bundan sonra hakimiyyət orqanları vəziyyətin fərqinə varıb. Xüsusən bu uşaqların məktəb yaşı çatdıqda ciddi problemlərin yaranacağı gözlənilir.

Sonuncu Messinin atası Hektor Varela açıqlamasında bunları deyib:

"Nə olursa-olsun, mən uşağıma dünyanın ən yaxşı futbolçusunun adını qoyduğum üçün fəxr edirəm".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm