İki dahinin söz savaşı – “Dazdır, ona görə də...”
Bizi izləyin

İdman

İki dahinin söz savaşı – “Dazdır, ona görə də...”

İki dahinin söz savaşı – “Dazdır, ona görə də...”

Hələ İspaniyada işləyərkən bir-biri ilə yola getməyən Joze Mourinyo və Xosep Qvardiola yenə də söz savaşına çıxıb.

Publika.az xəbər verir ki, Qvardiola mətbuata verdiyi açıqlamada Mourinyonun oyun fəlsəfəsini tənqid edib. O, deyib ki, Joze üçün nəticə baxımlı oyundan vacibdir.

Təbii ki, dilini dinc saxlamağı bacarmayan Mourinyo Pepe cavab verməsəydi, təəccüblü olardı. “Çelsi”nin baş məşqçisi “Bavariya”lı həmkarına nəinki cavab verib, hətta onu ələ də salıb:

“Nədənsə zövq alırsansa, onda neynirsən? Təbii ki, dazlaşmırsan. Qvardiola dazdır. Mən belə qənaətə gəlirəm ki, o, məhz buna görə futboldan zövq almır”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm