• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avroliqanın üzünü ağardan ulduzlar – FOTOLAR

  • İdman
  • 18 Sentyabr 2014 18:20
  • 469 Baxış
Avroliqanın üzünü ağardan ulduzlar – FOTOLAR

Avropa Liqasının qrup mərhələsində xeyli adlı-sanlı komandalar və ulduz futbolçular var.

Dünya miqyasında tanınan ulduz oyunçuların əsas qismi Çempionlar Liqasında mübarizə aparsa da, AL-də də tanınmış simalara rast gəlmək mümkündür. Publika.az Avropa Liqasının ulduzlarının bir qismini təqdim edir.

Karlos Bakka (Sevilya)

Avropa Liqasının son qalibi “Sevilya”nın heyətində çıxış edən Bakka Unay Emerinin əsas silahlarından biridi. Yay transfer pəncərəsi zamanı İvan Rakitiç, Alberto Moreno və Federiko Fazionu əldən buraxan andalusiyalılar kolumbiyalı forvardı “Sevilya”da saxlamağa nail oldu. Ötən mövsüm İspaniya təmsilçisinin ən məhsuldar oyunçusu ünvanına sahib olan Karlos cari mövsümdə də “Sevilya”nın liderlərindən biri hesab edilir.

Xuan Kuadrado (Fiorentina)

Kuadrado Braziliyada keçirilən dünya çempionatında özünü yaxşı tərəfdən göstərməklə “Barselona” və “Mançester Yunayted”in diqqətini cəlb edə bilmişdi. 26 yaşlı sağ cinah oyunçusu aldığı yaxşı təkliflərə rəğmən, “Fiorentina”dan ayrılmaq istəmədi. Viçentso Montellanın komandası Avroliqanın favoritlərindən, Xuan isə turnirin ən yaxşı oyunçularından biri hesab edilir.

Memfis Depay (PSV)

Ötən mövsüm sərgilədiyi oyunla adından söz etdirən gənc futbolçu yayda baş tutan mundialda Hollandiya millisinin heyətində daha da parladı. Hazırda qasıq nahiyəsindəki zədədən əziyyət çəkən futbolçu meydana qayıtdıqdan sonra PSV-nin əsas fiqurlarından biri olacaq.

Kristian Eriksen (Tottenhem)

22 yaşı olmasına rəğmən, avrokuboklarda oyun təcrübəsi baxımından sıxıntı çəkməyən Eriksen “Tottenhem”in oyun qurucusu hesab edilir. O, qısa zaman kəsiyində London klubunun yetişdirdiyi ulduz futbolçular siyahısına qoşula bilər.

Samuel Eto`O (Everton)

Futbolçu karyerasının qürub çağını yaşayan Samuel hazırda “Everton”da çıxış edir. Kamerunlu forvard Liverpul təmsilçisinin əsas qol silahlarından hesab edilir. O, ulduz statusunu çoxdan təsdiqləyib.

Qonzalo İquayn (Napoli)

2007-ci ildən Avropa macərasına başlayan cənubi amerikalı futbolçunun avrokuboklarda xeyli təcrübəsi var. O, ötən mövsüm olduğu kimi bu il də komandanın əsas hücumçusu hesab edilir. İquayn kimi bir hücumçuya sahib olan “Napoli”nin adı favoritlər siyahısında olmalıdı.

Luis Qustavo (Volfsburq)

Braziliya millisinin aparıcı üvlərindən olan Qustavo “Volfsburq”un da liderlərindən hesab edilir. Diqqət çəkən məqam isə yarımmüdafiəçinin iki il əvvəl Çempionlar Liqasının qalibi olmasıdı. Belə bir oyunçunun Avroliqada iştirakı futbol ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Yevgeni Konoplyanka (Dnepr)

Ukrayna futbolunun son dövrlərdə yetişdirdiyi Yevgeni Avropanın böyük klublarının maraq dairəsində olsa da, ölkəsindən ayrılmağa tələsmir. Ukrayna millisinin əsas üzvlərindən olan yarımmüdafiəçi Avropa Liqasında diqqət mərkəzində olan futbolçuların siyahısındadı.

Nemanya Vidiç (İnter)

Adətən Çempionlar Liqasında görməyə alışdığımız serb müdafiəçi yaxın keçmişdə “Mançester Yunayted”lə Avroliqa həyəcanı yaşamışdı. İndi “İnter”in heyətində ən təcrübəli futbolçu məhz odu. Bir vaxtlar dünyanın ən güclü mərkəz müdafiəçilərindən sayılan Vidiçi də şübhəsiz, AL-in ulduzu hesab etmək olar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR