Azərbaycan “gündoğar ölkə”ni “günəşsiz” qoydu – FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycan “gündoğar ölkə”ni “günəşsiz” qoydu – FOTOLAR

Azərbaycan “gündoğar ölkə”ni “günəşsiz” qoydu – FOTOLAR

Dünən İtaliyada qadın voleybolçular arasında dünya çempionatına start verilib.

Publika.az xəbər verir ki, 24 komandanın iştirakı ilə keçirilən mundialda Azərbaycan millisi ilk matçını keçirib.

Komandamızın rəqibi Yaponiya olub. Yığmamız iki dəfə hesabda geri düşsə də, bərabərliyi təmin edib. "Tay-brek"də də uğurlu çıxış edən voleybolçularımız 3:2 hesablı qələbə qazanıb.

D qrupun digər 2 oyununda gərginlik yaşanmayıb. Çin Puerto-Rikanı, Belçika isə Kubanı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, millimiz bu gün Bakı vaxtı ilə saat 13.30-da Çinlə qarşılaşacaq.

DÇ-2014

İtaliya

D qrupu

23 sentyabr

Yaponiya - Azərbaycan 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm