Cahangir Əsgərov 500 min dollarlıq cəriməni ödəyib
Bizi izləyin

İdman

Cahangir Əsgərov 500 min dollarlıq cəriməni ödəyib

Cahangir Əsgərov 500 min dollarlıq cəriməni ödəyib

Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsi ödənilib.

Publika.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazir deyib ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb:

“Onlarla bağlı müzakirələr aparılır. Beynəlxalq federasiya indiyə qədər nazirliyin suallarına cavab verməyib. Məsələn, “nə üçün idmançının dopinq-testdən keçə bilməməsi bir ildən sonra açıqlanır?”

Rəhimov deyib ki, ağır atletika millimiz noyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatına da qatılacaq.

Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasına 500 min dollar cərimə kəsən Beynəlxalq Ağır Atletika Federasiyası 18 atletimizi dopinq qəbul etdiyinə görə cəzalandırıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm