Gürcüstanda qalmaqal - 8 hakim həbs edildi
Bizi izləyin

İdman

Gürcüstanda qalmaqal - 8 hakim həbs edildi

Gürcüstanda qalmaqal - 8 hakim həbs edildi

Gürcüstan Futbol Federasiyasının Hakimlər Komitəsinin qərarına əsasən, 8 hakimə ömürlük cəza verilib.

Publika.az xəbər verir ki, hakimlər bukmeker kontorları ilə əlaqədə ittiham olunurlar. Gürcüstan Daxili İşlər Nazirliyi həmin hakimləri həbs edib. Hakimlərin arasında FİFA referisinin də olduğu bildirilir.

İstintaqın araşdırmalarına görə, hakimlər oyun ərzində nə qədər sarı və qırmızı vərəqə göstərəcəklərini əvvəlcədən müəyyən şəxslərlə razılaşdırıblar. Buna görə onalara pul ödənilirmiş.

Məlumata görə, hər qarşılaşma üçün ödənilən vəsait 2500 - 5000 ABŞ dolları arasında olub. Hazırda hakimlərə pul ödəyən şəxslər haqda da araşdırma aparılır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm