AFFA-dan Qarabağla bağlı etiraz - AÇIQLAMA
Bizi izləyin

İdman

AFFA-dan Qarabağla bağlı etiraz - AÇIQLAMA

AFFA seperatçı Dağlıq Qarabağ rejiminin komandasının İsveçdə keçiriləcək qondarma futbol çempionatına qatılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AFFA seperatçı Dağlıq Qarabağ rejiminin komandasının İsveçdə keçiriləcək qondarma futbol çempionatına qatılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bununla bağlı artıq çempionatı təşkil etmək istəyən təşkilata etiraz olunduğunu deyib:

"Bu təşkilat heç bir yerə tabe deyil, özəl bir qurumdur. Biz də həmin təşkilata öz etirazımızı bildirmişik ki, bu, düzgün deyil. Çempionatı təşkil etmək istəyən bu özəl təşkilatı heç kim tanımır, həmçinin də AFFA".

Qeyd edək ki, FİFA üzvü olmayan ərazilərin futbol yığmalarının çempionatının keçirilməsi bu ilin iyun ayına nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm