“Qarabağ”ın rəqibinə qalib gəldi, lider oldu
Bizi izləyin

İdman

“Qarabağ”ın rəqibinə qalib gəldi, lider oldu

“Qarabağ”ın rəqibinə qalib gəldi, lider oldu

Futbol üzrə Fransa çempionatında 8-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub. “Bordo” “Renn”i məğlub edərək liderlər qrupundakı yerini qoruyub. “Lans” növbəti xal itkisini evdə “Kan”la qolsuz bərabərə qalaraq yaşayıb.

Lion “Olimpik”i “Nant” səfərindən 1 xalla qayıdıb. “Qarabağ”ın Avroliqadakı rəqibi “Sent Etyenn” Marsel “Olimpik”inin qonağı olduğu matçda məğlub olaraq 6-cı pilləyə geriləyib.

Fransa, Liqa-1

7-ci tur

Monako – Nitsa 0:1

Qol: Eduardo, 7.

Tuluza – PSJ 1:1

Qollar: Yedder, 8 – Baebek, 33.

Lill – Bastiya 1:0

Qol: Oriqi, 39.

Loryan – Evian 0:2

Qollar: Kone, 2. Barbosa, 80.

Qırmızı vərəqə: Valib Meslub (Loryan), 90.

Metz – Reyms 3:0

Qollar: Falkon, 50; 90. Kaşi, 71.

Qırmızı vərəqələr: Kris Mavinqa (Reyms), 64. Mads Albaek (Reyms), 88.

Monpelye – Genqam 2:1,

Qollar: Kamara, 48. Montano, 88 – Bovue, 83.

Qırmızı vərəqə: Mamadu Samassa (Genqam), 89.

28 sentyabr

Bordo – Renn 2:1

Qollar: Xəzri, 73. Ture, 90 – Habibu, 81.

Lans - Kan 0:0

Nant – Olimpik (Lion) 1:1

Qollar: Veretu, 72-pen. – Kone, 51.

Olimpik (Marsel) - Sent Etyenn 2:1

Qollar: Vanqa, 7. Payet, 28 – Brison, 53.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm